AZ EN RU

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub

İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgünlə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.

Nəşr edilib : 05.06.2024 16:14