AZ EN RU

Azərbaycan və Rusiyanın baş nazirləri ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Baş Naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.

Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Nəşr edilib : 10.06.2024 16:31