AZ EN RU

Azərbaycan və Rusiya liderləri Bakıyla İrəvan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə edib

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığında 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.

Nəşr edilib : 21.09.2023 15:19