AZ EN RU

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Qırğızıstanın Milli Bankı (QRMB) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında Anlaşma Memorandumu imzalanıb

Memorandum QRMB-in sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb.

AMB-nin sədri Taleh Kazımov memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.

Qeyd edək ki, memorandumun imzalanması ilə bağlı ilkin müzakirələr sədrlərin ötən ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan görüşündə yer alıb.

K.Bokontayevin AMB-nin sədri ilə görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 14.05.2024 10:29