AZ EN RU

Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur.

Nəşr edilib : 04.09.2023 16:57