AZ EN RU

Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti Mital Sudhir tərəfindən imzalanıb.
Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Qeyd edək ki, daha öncə Azərbaycan Kuba, həmçinin Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.

Nəşr edilib : 05.05.2024 15:28