AZ EN RU

Azərbaycan və Gürcüstanın maliyyə nazirləri regional tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüş Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı çərçivəsində baş tutub.
Tərəflər Gürcüstan və Azərbaycan arasında ticarət-iqtisadi, tranzit və nəqliyyat sahələrindəki məsələləri nəzərdən keçirib, həmçinin regional kontekstdə iki ölkənin tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 02.05.2024 20:28