AZ EN RU

Azərbaycan və Avstriya Orta Dəhliz vasitəsi ilə yükdaşımaları müzakirə edib

Azərbaycan və Avstriya arasında Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya yükdaşımaların səmərəli təşkili müzakirə edilib.

Bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Facebook" sosial şəbəkəsində hesabında bildirib.

"Vyanada Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe və bu ölkənin qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdik, Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkili, eyni zamanda modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları ilə bağlı geniş müzakirələr apardıq", - deyə o qeyd edib.

Nəşr edilib : 05.06.2024 10:25