AZ EN RU

Azərbaycan Türkiyədən mədən məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 1 milyon 912 min ABŞ dolları dəyərində mədən məhsulları ixrac edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 42,8 % azdır.
Təkcə martda isə Azərbaycan Türkiyədən 714 min ABŞ dolları dəyərində mədən məhsulları idxal edib ki, bu da 1 il əvvələ nisbətən 38,4 % azdır.

Nəşr edilib : 27.04.2024 11:25