AZ EN RU

Azərbaycan - Türkiyə Təhsil İşçilərinin “Peşə - Təcrübə Proqramı”na start verilib

 “Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin  İstanbul şəhərində Azərbaycan - Türkiyə Təhsil İşçilərinin “Peşə - Təcrübə Proqramı”na start verilib.

 22-27 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutacaq peşə-təcrübə proqramında Bakı, Sumqayıt və Naxçıvandan 25-ə yaxın müəllim və məktəb direktoru iştirak edir.  Proqram iştirakçıları Türkiyənin nüfuzlu universitetlərindən olan İstanbul Aydın, Yeni Yüzyıl və Qalata universitetlərini, İstanbul Bil məktəblərini ziyarət edəcək, tədbirlərdə iştirak edəcəklər.

Qeyd edek ki, bu gün proqram iştirakçıları İstanbul Aydın Universiteti, İstanbul Yeni Yüzyıl Universiteti, İstanbul Qalata Universiteti və BİL Okullarında olub tələbə, şagird və müəllim heyəti ilə görüşüb, ölkəmizdə həyata keçirilən təhsil islahatlarından ,təhsilə göstərilən dövlət qayğısından, rəhbərlik etdikləri məktəblər haqqında ətraflı məlumar veriblər.

İstanbul Yeni Yüzyıl Universitetinin Mütevelli Heyətinin Başkanı Dr. Azmi Ofluoğlu ilə proqram iştirakçılarının görüşü olub. Sonda iştirakçılara sertifikatlat təqdim edilib.

 

Nəşr edilib : 23.08.2023 10:46