AZ EN RU

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri Orta Dəhlizin inkişafına töhfə verir

Azərbaycan, Türkiyə və Pakistan öz münasibətlərini möhkəmləndirərək nəinki energetika, həm də qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafına töhfə verirlər.

Bu fikirləri türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan dövlət səfərini və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi səfərini şərh edərkən deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçiləndən sonra Azərbaycana ilk səfəri zamanı müxtəlif ölkələrin ünvanına bir sıra ismarışlar göndərib. Onun Şuşa Bəyannaməsinin mühümlüyünə, Şuşa şəhərinin və Zəngəzur dəhlizinin əhəmiyyətinə dair, eləcə də bu məsələyə qonşu dövlətlərin, o cümlədən İranın yanaşması ilə bağlı fikirləri diqqətəlayiqdir. Azərbaycan və Türkiyə regional təhlükəsizliyin möhkəmləndirilməsi, kommunikasiya və nəqliyyat xətlərinin inkişafı ilə məşğuldurlar. Bu baxımdan Azərbaycan-Pakistan münasibətləri də mühüm əhəmiyyətə malikdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu kontekstə uğurla əlavə edilir: bu səfər Bakı və Ankara qarşısında duran prosesləri və vəzifələri təkmilləşdirir”, - deyə agentliyin müsahibi qeyd edib.

Bununla bağlı ekspert gələcəkdə Asiyanı Avropa ilə bağlayacaq iri layihələrin icrası barədə xatırladaraq deyib: “Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı regiona təhlükəsizlik, sabitlik və inkişaf gətirəcək”.

Nəşr edilib : 16.06.2023 18:30