AZ EN RU

Azərbaycan türk fəlsəfi fikir tarixinə dair kitabın I cildi nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının I cildi işıq üzü görüb.

Bu barədə  AMEA-dan bildirilib. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 30 may 2023-cü il tarixli qərarı ilə çap olunan kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.

Əsərin birinci cildində XIX əsr Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişafını Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi, Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü və Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları istiqamətlərində təhlil edib.

Nəşr edilib : 16.06.2023 10:32