AZ EN RU

Azərbaycan torpağının bir qarışını da pay vermədi

Vətən savaşının qazisi İsa Yavərsoylu:
 "Torpaqlarımız işğaldan azad ediləndə illər əvvəl Vedidən, Dərələyəzdən, Zəngəzurdan zorla çıxarılan insanların ürəyinə də fərəhlik gəldi. Onlar da Şuşaya, Laçına əbədi qayıdan insanlar kimi öz ocağına dönmək arzusu ilə yaşamağa başladı. Vətən savaşı qələbə ilə bitəndə hamı anladı ki, Azərbaycan öz torpağının bir qarışını da düşmənə pay verməyəcək. Və bu gün burada iştirak edəndə bir daha əmin olduq ki, biz Qərbi Azərbaycana qayıdan yolları öz canımız və qanımızla açdıq və doğma insanlarımıza ümid işığı olduq".

Nəşr edilib : 22.06.2024 10:27