AZ EN RU

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” mövzusunda tədbir keçirilib

15 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuş “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” başlıqlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə Nazirlik tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də həmin tədbirlərin davamıdır.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev irsinin layiqli mirasçısı kimi keçdiyi yol çətin, eyni zamanda şərəfli bir yoldur. Bu yol böyük məktəb, qazanılan nəzəri biliklərin təcrübədə cəsarətlə tətbiqi və əldə olunan ən yüksək nəticələrin uğurlu zəfəri fonunda ata vəsiyyətinin layiqincə yerinə yetirilməsi, azad, firavan Azərbaycan quruculuğu uğrunda aparılan müqəddəs mübarizə yoludur və bu yol öz başlanğıcını XX əsrin ağır 90-cı illərindən götürür deyə vurğulayan nazir müavini tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, İlham Əliyevin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir ki, 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalamış, 11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə edir.  Olkə Prezidentinin sərəncamlarına əsasən respublikada 2019-cu il “Nəsimi İli”, 2021-ci il “Nizami Gəncəvi İli”, 2022-ci il “Şuşa İli” kimi tarixin səhifələrinə yazılmış, Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində keçirilmiş, Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında”kı sərəncamları və başqa dövlət sənədləri mədəniyyət və incəsənətə və bu sahədə işləyən sənət adamlarına diqqət və qayğının ifadəsidir. 

Tədbirin davamında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə “20 ilin zəfər səlnaməsi” və Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Ramil Orucəliye “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” mövzusunda çıxışlarında Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi yolunda atdığı addımlardan danışılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. dinlənilib. Vurğulanıb ki,  Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Sonda İlham Əliyevin tarixi missiyasını, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasətlə addım-addım qoyulan məqsədlərə nail olmasını və son nəticədə torpaqlarımızın işğaldan azad olunmasını əks etdirən  “İlham” sənədli filminin nümayişi olub.

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət 

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.10.2023 18:01