AZ EN RU

Azərbaycan səfirliyi Türkiyədəki vətəndaşlarımıza müraciət edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirlik tviterdə paylaşım edib.

Paylaşımda qeyd olunub: “Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir”.

Nəşr edilib : 12.02.2023 17:13