AZ EN RU

Azərbaycan səfiri və İsrail XİN-in Baş direktoru əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ilə İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi-Maoz arasında görüş keçirilib.

Bu barədə Azərbaycan səfirliyinin tviter səhifəsində paylaşım edilib.

“Bu gün İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi-Maoz ilə çox məhsuldar görüş keçirdik və iki ölkə arasında əməkdaşlıq çərçivəsində bir çox ikitərəfli məsələləri müzakirə etdik”, - paylaşımda deyilir.

Nəşr edilib : 06.07.2023 18:59