AZ EN RU

Azərbaycan səfiri Türkiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bundan əlavə, hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 08.09.2023 19:35