AZ EN RU

Azərbaycan səfiri Türkiyə xalqına başsağlığı verib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin bir neçə hərbçisinin İraqın şimalında terrorçularla atışma zamanı şəhid olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

Səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

R.Məmmədov qeyd edib ki, “Pence-Kilit” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb.

Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidləriə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.

Nəşr edilib : 13.01.2024 11:00