AZ EN RU

Azərbaycan səfiri İraq Prezidenti ilə görüşüb

Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb. 

Bu barədə N.Məmmədov "X" hesabında paylaşım edib.

Tərəflər ikitərəfli münasibətləri müzakirə edib. Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Nəşr edilib : 10.01.2024 22:52