AZ EN RU

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev: “Məqsədimiz Naxçıvan məhsullarını Naxçıvan brendi – “Made in Nakhchivan” adı altında dünyaya tanıtmaqdır”

    Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlayan yol” mövzusunda konfransdan sonra “Şərq qapısı” qəzetinə müsahibə verib: – Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvandan başlanan həyat yolu ilə bağlı keçirilən konfrans Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin birinci dəfə prezident seçilməsinin 20 illiyinə həsr olunub. Tədbirimiz bildiyiniz kimi, 2 hissədən ibarətdir. Birinci hissəsi Ulu Öndərin və cənab Prezidentin 20 illik fəaliyyətinə həsr olunub və ikinci hissə sahibkarlarla görüşüdür. Artıq 44 günlük müharibədən sonra torpaqlarımız bütövlükdə işğaldan azad olunub və ərazi bütövlüyümüzü tam təmin etmişik. Bu isə Azərbaycan xalqının hər bir vətəndaşında böyük bir sevinc yaradıb, hamıda böyük ruh yüksəkliyi var. Bu ruh yüksəkliyini davam etdirmək üçün, təbii ki, güclü dövlət olmaq, bunun üçün isə güclü iqtisadiyyat lazımdır. Azərbaycanda sahibkarlığın inkişafı, onun gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması sahəsində işlər görülür. Bu istiqamətdə sahibkarların öhdəsinə böyük bir iş düşür. Bu gün Azərbaycan artıq regionda güclü dövlətdir, dünya tərəfindən qəbul edilən dövlətdir. Bu sahədə saatlarla danışmaq olar. Bizim müstəqil siyasətimizin uğurlarının qurucusu Heydər Əliyevdir, çağdaş Azərbaycanın banisidir. Tədbirin digər hissəsi isə dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsi və 20 illik fəaliyyətinə həsr olunub. Bu 20 il ərzində cənab Prezident Azərbaycan üçün nə qədər işlər görmüşdür. Azərbaycanda ümumi daxili məhsul 3,6 dəfə artıb. Bu, çox böyük rəqəmdir. Bu gün də Azərbaycanda təkcə paytaxt Bakıda yox, bütün regionlarda inkişaf gedir. Bu gün Naxçıvanda da xoş günləri görürük. Naxçıvan müasir bir şəhərdir, turistik bir şəhərdir. Sənaye şəhəridir. Görülən işlər həddindən artıq çoxdur. Ancaq bilirsiniz ki, bizim güclü rəqiblərimiz də var, sürətli inkişaf üçün biz çox işlər görməliyik, buraya böyük heyətilə gəlmişik. Tərkibdə sahibkarlar komissiyasının rəhbər heyəti var. O cümlədən qadın sahibkarlar qrupunun rəhbəri var. İri bankların rəhbərləri, o cümlədən investorlar buraya gəlib. Kiçik, orta və böyük sahibkarların bir çoxu buradadır. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ilə görüş zamanı müzakirə olundu ki, necə edək ki, Naxçıvan məhsullarını Naxçıvan brendi – “Made in Nakhchivan” adı altında dünyaya çıxaraq. Onu da qeyd edim ki, Naxçıvan, doğrudan da, müqəddəs torpaqdır. Türk dövlətlərinin təşkilatı ilk dəfə 2009-cu ildə burada təsis olunub. Bu da çox böyük tarixi hadisədir. Bu dövlət təşkilatları güclü bir qurumdur. Artıq onun 5 daimi üzvü var. Bu toplumda böyük birlikdir, cənab Prezidentimizin uğurlu siyasəti sayəsində yeni bir səhifə açılır. Bu səhifə İslam dünyasıdır. Ulu Öndər İslam dünyasına çox önəm verirdi. Cənab Prezidentin də bu əlaqələri diqqətdə saxlayır. Bizim də məqsədimiz Türk dünyasının sahibkarları ilə əlaqələri birləşdirmək və onların yeni, daha böyük inkişaf yoluna çıxmasına nail olaq. 
    Onu da qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamla təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası zamanı sahibkarlarla da bağlı yeni layihələr planlaşdırılır. Biznes mühiti yeni güzəştlər nəzərdə tutub. Kapital, maliyyə vəsaiti qoyuluşunda  bu gün artıq bank və digər təşkilatlar təmsil olunur. Rəhbərlik etdiyim aqrar təşkilat fevral ayında burada olmuşdur. 3 milyon manat kredit ayrılması nəzərdə tutulub. Eyni zamanda hədəfimiz əlavə kreditlərin ayrılmasıdır. İqtisadiyyat Nazirliyi ilə görüşməkdə də məqsədimiz daha iri layihələr reallaşdırmaqdır.  Məqsədimiz ixracyönümlüdür, bir də idxalın qarşısını almaqdır. Arzumuz Zəngəzur dəhlizinin açılması, gediş-gəlişin asanlaşması, qardaş Türkiyə ilə iqtisadi əlaqələrin, ticarətin genişlənməsidir. Proqramımız genişdir, muxtar respublikaya səfərlərimiz, görüşlərimiz davamlı olacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.10.2023 16:14