AZ EN RU

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə dünya reytinqində irəliləyib

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə bu ilin fevral ayında dünyada 115-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə irəliləmədir.
“Speedtest Global Index” xəbər verir ki, cari ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 155 ölkə arasında 48,41 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürəti stabil qalıb.
Mobil internetin sürətinə görə birinci yerdə Qətər 286,42 MB/S, sonuncu 155-ci yerdə isə Şərqi Timor (3,34 MB/S) qərarlaşıb.

Nəşr edilib : 18.03.2024 14:46