AZ EN RU

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12 (I kitab), maddə 2271; 2018, № 5, maddə 890, № 6, maddələr 1184, 1185; 2019, № 1, maddə 34, № 3, maddə 392, № 6, maddə 987; 2020, № 5, maddələr 512, 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1423; 2021, № 7, maddə 701, № 8, maddə 894; 2023, № 1, maddə 3; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD və 24 fevral tarixli 826-VIQD nömrəli qanunları) 56-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin dördüncü cümləsinə “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

“11. Torpaq sahəsinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı məqsədləri üçün əldə edilməsinin xüsusiyyətləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

Maddə 2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; 2022, № 3, maddə 194, № 7, maddələr 692, 696; 2023, № 2, maddə 184; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 75.5-1-ci maddə əlavə edilsin:

“75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir.”.

Maddə 3. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 203; 2001, № 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 14; 2004, № 2, maddə 59, № 4, maddə 212; 2006, № 6, maddə 478; 2007, № 1, maddə 3; 2008, № 3, maddə 154, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2015, № 3, maddə 246, № 10, maddələr 1092, 1097; 2018, № 5, maddə 889; 2020, № 7, maddə 826, № 12 (I kitab), maddə 1423) 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsinə “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin.

Maddə 4. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 53; 2006, № 8, maddə 657; 2018, № 3, maddə 378; 2019, №11, maddə 1689; 2021, № 7, maddə 701; 2022, № 7, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci maddənin birinci hissəsinin onuncu abzasında “(günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s.)” sözləri “(hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.)” sözləri ilə əvəz edilsin;

4.2. 13-cü maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Bərpa olunan enerji mənbələri ərazilərində elektrik enerjisinin istehsalı ilə əlaqədar müqavilələr “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılır və həyata keçirilir.”.

Maddə 5. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34, № 7, maddə 1178; 2020, № 5, maddə 509; 2022, № 12, maddə 1365; 2023, № 2, maddə 187; Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanunu) 10-cu maddəsinin birinci hissəsinin ikinci cümləsinə “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin.

Maddə 6. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 157; 2006, № 6, maddə 478; 2007, № 10, maddə 938; 2018, № 7 (I kitab), maddə 1387; 2020, № 8, maddə 1016; 2023, № 1, maddə 5) 11-ci maddəsinin birinci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında.”.

Maddə 7. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390; 2002, № 5, maddə 241; 2003, № 1, maddələr 11, 13; 2006, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 1, maddə 3, № 6, maddə 571; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 504; 2014, № 3, maddə 235; 2015, № 3, maddə 245, № 10, maddə 1096; 2018, № 11, maddə 2206; 2020, № 7, maddə 827, № 12 (I kitab), maddə 1423; 2021, № 7, maddə 719; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 816-VIQD nömrəli Qanunu) 8-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin.

Maddə 8. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 959, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; 2014, № 10, maddə 1170; 2015, № 2, maddə 85, № 10, maddə 1091; 2018, № 1, maddə 29; 2020, № 7, maddə 850, № 12 (I kitab), maddə 1423; 2021, № 1, maddə 8) 9.1-ci maddəsinə ikinci halda “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin.

Maddə 9. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 216; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 212, № 5, maddə 314; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 11, maddə 923; 2008, № 12, maddə 1048; 2014, № 3, maddə 234; 2015, № 3, maddə 248, № 10, maddə 1095; 2020, № 7, maddə 829) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.1. 10-cu maddəyə ikinci halda “verilməsi” sözündən sonra “, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi” sözləri əlavə edilsin;

9.2. aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

“10-1. Bərpa olunan enerji mənbələrinin ərazisinin əhatə etdiyi torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.”.

Maddə 10. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 702) 8.7-ci maddəsinin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı müqavilə dövlət mülkiyyətində olan, habelə bu məqsədlər üçün dövlət tərəfindən icarəyə götürülmüş torpaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), digər hallarda torpaq sahəsinin mülkiyyətçisi ilə bağlanılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

Nəşr edilib : 17.07.2023 16:03