AZ EN RU

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Bugün Naxçıvan şəhərində "Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi" mövzusunda təlim keçirilir. Tədbirin açılışında ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Anar Xudiyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva çıxış ediblər.
 Eyni zamanda, təlimdə ekspert kimi Yiannis Boutselis (Yunanıstan Ombudsman Təsisatı), Turan Cahangirov v Aynur Həmidova (Azərbaycan Ombudsman Təsisatı) iştirak edirlər.
Təlim iki gün davam edəcək.

Nəşr edilib : 13.06.2023 10:10