AZ EN RU

Azərbaycan Respublikasının gənclər və idman naziri: "Naxçıvanda beynəlxalq əhəmiyyətli turnir mükəmməl şəkildə təşkil olunub"

Bu gün Naxcivanda ilk dəfə olaraq 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçirilir. Mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov da iştirak edib. İlk turdan öncə Gənclər və İdman nazirinin yarış barədə fikirlərini öyrəndik: "Bu Azərbaycanda keçirilən növbəti beynəlxalq yarisdir. Sevindirici haldır ki, hər keçən gün yarışların sayı artır. Fürsətdən istifadə edib Azerbaycan Şahmat Federasiyasına, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına, eləcə də muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk ki, belə böyük turnirə mükəmməl hazırlaşıblar. Olimpiadanın Azərbaycanda keçirilməsi ondan irəli gəlir ki, bizim bu idman növündə böyük tariximiz var. Son vaxtlar şahmatda qazanıblar uğurlar göz qabağındadır. Qızlarımızın Avropa çempionatından medallarla qayıtması buna əyani sübutdur. Bütün bu nəticələr dövlətin dəstəyi olmadan ola bilməz. Ölkə prezidenti daim idmanı diqqətdə saxlayır, idmançılara dəstək olur. Biz istəyərdik ki, bele tədbirlərin sayı daha çox olsun. Artıq Naxçıvanda bir ənənə var və belə tədbirlərə daim ev sahibliyi edir. İnanıram ki, bu, Naxçıvanda sonuncu belə tədbir olmayacaq. Artıq biz federasiya ilə danışmışıq və tədbirlərin sayını çoxaltmaq istəyirik. Bildiyiniz kimi, Naxçıvanda orta məktəblərdə şahmat dərsintədris olunur və şahmat məktəbləri fəaliyyət göstərir. Bu da şahmatın inkişafına birbaşa müsbət təsir edir. Bir daha muxtar respublika rəhbərinə idmanı belə təbliğ etdiyinə görə minnətdarlıq edirəm".

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.10.2022 19:10