AZ EN RU

Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gənc Dövlət Qulluqçularının II Çoxnövçülük Kuboku” adlı intellektual turnirə start verilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxçövçülük turnirinə Naxçıvan Şahmat Mərkəzində start verilib. Tədbiri Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov açaraq bildirib ki, gənclər siyasətinin uğurlu davamı olaraq muxtar respublikada təşkil olunan bu kimi yarışlar gənc dövlət qulluqçularının intellektual inkişafını stimullaşdırmaq, həmçinin onların bilik və bacarıqlarının aşkar edilərək intellektual fəaliyyətə cəlb etmək baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Gənc Dövlət Qulluqçularının II Çoxnövçülük Kuboku”nda 30 dövlət orqanından 180 gənc dövlət qulluqçusu iştirak edir.

2 gün davam edəcək yarışda, ilkin olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib və ilk günün oyun nəticələrinə əsasən ilk 16 yeri tutmuş komanda “Breyn rinq” intellektual oyununda iştiraka vəsiqə qazanıb.

Turnirin ikinci günündə “Nə? Harada? Nə zaman?” intellektual oyunu davam etdiriləcək və oyun nəticələrinə əsasən ilk 10 yeri tutan komanda “I Quiz” intellektual oyununa vəsiqə qazanacaq. Sonda isə reytinq sisteminə əsasən turnirin qalibi elan ediləcək. Qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim olunacaq.

Nəşr edilib : 20.09.2023 11:22