AZ EN RU

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2022-ci il

 

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 16 may tarixli

Sərəncamına əlavə

 

 Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

 

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

(min manatla)

İcra müddəti

 

Astara rayonunun Diqo kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285,0

2022

 

Bərdə rayonunun Qaratəpə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

207,0

2022

 

Biləsuvar rayonunun Əmənkənd kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285,0

2022

 

Cəlilabad rayonunun Vənlik kəndində 80 şagird

yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

354,0

2022

 

Cəlilabad rayonunun Söyüdlü kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

 

Cəlilabad rayonunun Həsənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

354,0

2022

 

Xaçmaz rayonunun Mollabürhanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

 

İsmayıllı rayonunun Çəmənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

354,0

2022

 

İsmayıllı rayonunun Zərnava kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

354,0

2022

 

Quba rayonunun Qələdüz kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

424,0

2022

 

Lerik rayonunun Kəlvəz kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

285,0

2022

 

Lerik rayonunun Anburdərə kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285,0

2022

 

Neftçala rayonunun  F.Mayılov adına Şorkənd kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

 

Sabirabad rayonunun Güdəcühür kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

285,0

2022

 

Şamaxı rayonunun Çöl Göylər kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

382,0

2022

 

Cəmi:

5.000,0

 

Nəşr edilib : 16.05.2022 15:29