AZ EN RU

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“Dəstək” Fondu) yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 dekabr tarixli 47-VI FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“Dəstək” Fondu) yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin    2020-ci il 14 dekabr tarixli 47-VI FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 2-ci hissədə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin” sözləri “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “yaralananların və şəhid ailələrinin” sözləri “yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının” sözləri ilə əvəz edilsin;

1.3. 3.1.2-ci yarımbəndin sonunda “nöqtə” işarəsi “nöqtəli vergül” işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.3-cü yarımbənd əlavə edilsin:

“3.1.3. müharibə veteranlarına.”;

1.4. 3.3-cü bənddə “sərəncamçısı” sözündən sonra “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qismində” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“Dəstək” Fondunun) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” üzrə:

2.1. adında və 1.2-ci bənddə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin” sözləri “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “yaralananların və şəhid ailələrinin” sözləri “yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının” sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bənddə “sərəncamçısı” sözündən sonra “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qismində” sözləri əlavə edilsin;

2.4. 2.5.1-ci yarımbənddə “digər borc” sözlərindən sonra “(mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi təsdiq edildikdə ipoteka krediti)” sözləri əlavə edilsin;

2.5. 2.5.4-cü yarımbənd aşağıdakı yeni redaksiyada verilsin:

“2.5.4. şəhid ailəsi üzvünün, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxsin və müharibə veteranının məişət şəraitinin yaxşılaşdırılması (müharibə veteranları üçün ildə bir dəfə, 1000 (bir min) manatdan çox olmamaqla);”;

2.6. 3.2-ci bənddə “elektron qaydada Fondun rəsmi internet səhifəsi” sözləri “Nazirliyin rəsmi elektron ünvanı” sözləri ilə əvəz edilsin;

2.7. 4.3-cü bəndin ikinci cümləsində “Fondun” sözü “Nazirliyin” sözü ilə əvəz edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini  

Naxçıvan şəhəri, 19 aprel 2024-cü il

Nəşr edilib : 19.04.2024 11:50