AZ EN RU

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Naxçıvana səfərə gəlib

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və nazirliyin nümayəndə heyəti Naxçıvana səfərə gəliblər. 

Səfər çərçivəsində energetika naziri Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. 

Həmçinin energetika naziri "AE SOLAR” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, "AE SOLAR AZERBAIJAN" MMC-nin direktoru Əlövsət Hüseynquluyevi də qəbul edib. Görüş zamanı yaşıl enerjinin əhəmiyyətindən, Naxçıvandakı mövcud perspektivlərdən danışılıb.

Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 21.07.2023 14:37