AZ EN RU

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutu kafedralarda boş olan aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir

     I. Kafedra müdiri vəzifələri:
    Ali riyaziyyat və informatika kafedrasının müdiri
    İncəsənət kafedrasının müdiri
    II. Kafedralar üzrə digər vəzifələr:
    Pedaqogika və psixologiya kafedrası:
    – Müəllim – 1 yer ( 1 ştat)
    – Müəllim – 1 yer (0,5 ştat)
    Xarici dillər və tədrisi metodikası kafedrası:
    – Müəllim – 1 yer (0,5 ştat)
    Ali riyaziyyat və informatika kafedrası:
    – Müəllim – 1 yer (0,5 ştat)
    Riyaziyyat və tədrisi metodikası kafedrası:
    – Müəllim – 1 yer (0,5 ştat)
    Ümumi fənlər kafedrası:
    – Baş müəllim – 2 yer (hər biri 1 ştat)
    İncəsənət kafedrası:
    – Müəllim – 1 yer (0,5 ştat)
    Sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə uyğun şəkildə rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana şəxsən təqdim edə və ya göndərə bilərlər.
    Kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tələblərinə cavab verən şəxslər iştirak edə bilərlər.

Ünvan: Naxçıvan şəhəri,
Heydər Əliyev prospekti 2,
Naxçıvan Müəllimlər İnstitutu
Rektorluq

Nəşr edilib : 11.10.2022 19:16