AZ EN RU

Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olanlar Naxçıvan Muxtar Respublikasında necə səs verəcəklər?

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasında yaşayan və seçici siyahılarında Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan vətəndaşlar seçki günü səs vermək üçün qeydiyyatda olduqları dairə seçki komissiyalarından qeydiyyatdançıxma vəsiqələri almalıdırlar. Qeydiyyatdançıxma vəsiqələrini vətəndaşlar səsvermə gününə 25 gün qalanadək qeydiyyatda olduqları dairə seçki komissiyasından və ya səsvermə gününə 3 gün qalanadək qeydiyyatda olduqları müvafiq məntəqə seçki komissiyasından ala bilərlər.

Məlumatda bildirilir ki, qeydiyyatdançıxma vəsiqəsi almış vətəndaş səsvermə günü istənilən seçki məntəqəsinə şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşaraq səs verə bilər.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 10.01.2024 16:34