AZ EN RU

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə kollegiya iclası keçirilib.

Palatadan bildirilib ki, kollegiya iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək təsdiqlənib və Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.

Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb.

Nəşr edilib : 17.05.2024 20:18