AZ EN RU

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyəti Naxçıvanda səfərdədir

Oktyabrın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Qonaqlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.10.2023 10:00