AZ EN RU

Azərbaycan Respublikası Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli, “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 16 mart tarixli 1941 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 899-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491; 2021, № 5, maddə 456; 2022, № 8, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;

1.2. 5.6-cı bənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613; 2020, № 7, maddə 898; 2021, № 7, maddə 729) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin birinci cümləsində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.9-cu yarımbənddə “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə, “müsabiqə və hərracları” sözləri “hərracları (auksion və ya müsabiqəni)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251; 2022, № 8, maddələr 874, 885) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.55-ci yarımbəndində “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190; 2001, № 10, maddə 640; 2003, № 9, maddə 512; 2008, № 9, maddə 798; 2009, № 5, maddə 319, № 7, maddə 579; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 7, maddə 766; 2022, № 12, maddə 1512) ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1-ci bəndinin üçüncü abzasında “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323; 2021, № 11, maddə 1235; 2022, № 5, maddə 485) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın 8.6.4-cü yarımbəndinin “Tədbirin adı” sütununda “müsabiqə və hərraca” sözləri “hərraca (auksiona və ya müsabiqəyə)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2023-cü il

Nəşr edilib : 17.07.2023 16:02