AZ EN RU

Azərbaycan Respublikası Prezidentinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 27 yanvar tarixli 847 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli 32 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 5 noyabr tarixli 141 nömrəli, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 4 avqust tarixli 272 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli və “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 264; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 12, maddə 1240; 2019, № 4, maddə 629; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 568; 2022, № 5, maddə 476) 2.5-ci, 2.6-cı, 2.8-ci, 2.9-cu, 2.11-ci və 2.12-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

2. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 39) 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721; 2015, № 7, maddə 837; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 209, № 3, maddə 410, № 11, maddə 1701; 2021, № 1, maddə 41; 2022, № 8, maddələr 862, 874) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 17.3-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 11, maddə 634; 2006, № 9, maddə 743; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 1, maddə 42) 2-ci hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

5. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 70; 2021, № 6 (I kitab), maddə 571) 2.3-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12 (I kitab), maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029, № 11, maddələr 1360, 1362; 2021, № 11, maddə 1400; 2022, № 8, maddə 840; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1958 nömrəli Fərmanı) 2.7-1-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

7. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 905; 2007, № 6, maddə 601; 2016, № 4, maddə 677; 2018, № 12 (I kitab), maddə 2543) 3.5-ci bəndində “7.1-ci” sözləri “7.2-ci” sözləri ilə, “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

8. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 704; 2013, № 8, maddə 915; 2014, № 11, maddə 1412; 2017, № 3, maddə 353; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli 1895 nömrəli Fərmanı) 2.9-cu bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

9. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1007; 2011, № 7, maddə 633; 2017, № 5, maddə 827; 2019, № 7, maddə 1220; 2020, № 7, maddə 887; 2022, № 5, maddə 471) 2.5-ci və 2.6-cı bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110; 2008, № 6, maddə 498; 2013, № 12, maddə 1508; 2014, № 9, maddə 1027; 2016, № 3, maddə 469, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, № 8, maddə 1677; 2022, № 4, maddə 305, № 5, maddə 471, № 9, maddə 1028) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsində “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

Nəşr edilib : 03.03.2023 16:11