AZ EN RU

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136, № 12, maddə 1438; 2023, № 1, maddə 89, № 2, maddə 245, № 3, maddə 359, № 4, maddə 474; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyun tarixli 2176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 18-ci bənd əlavə edilsin:

“18. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci, 50.2.1-ci və 50.5-ci maddələrində qeyd olunan lisenziyaların verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə görə qalib elan edilən yerüstü yayımçı, peyk yayımı həyata keçirən platforma yayımçısı və multipleks operatoru ilə müqavilə bağlanılması”.

2. Aşağıdakı məzmunda 32-ci və 33-cü hissələr əlavə edilsin:

 

 32.

Azərbaycan Respublikasının Audiovizual Şurası

1. audiovizual media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi

2. audiovizual media fəaliyyəti üzrə lisenziyanın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi

3. yerüstü yayımçının proqramlarında dövlət dilindən başqa digər dillərdən istifadə edilməsinə razılıq verilməsi

4. audiovizual media subyektinin iştirakçılarının tərkibində edilən dəyişikliyin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə əsaslandırılmış rəyin verilməsi

5. xarici audiovizual yayımçının proqramlarının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq verilməsi

 33.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

1. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi

2. çap mediası və ya onlayn media subyektlərinin, informasiya agentliklərinin Media Reyestrinə daxil edilməsi ilə bağlı müraciətin qəbulu

3. Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsinin verilməsi

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2023-cü il

Nəşr edilib : 17.07.2023 15:05