AZ EN RU

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 706; 2001, № 10, maddə 640; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (I kitab), maddə 1477; 2023, № 1, maddə 69) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:

“24-1. Daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Nəşr edilib : 28.04.2023 14:24