AZ EN RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505; 2022, № 4, maddə 382) ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdiril-məsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.2-ci yarımbənddə “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci və 2.3-cü bəndlərdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

3. 2.5-ci bənddə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 dekabr 2023-cü il

Nəşr edilib : 18.12.2023 15:45