AZ EN RU

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi yer təkindən istifadə ilə bağlı 19 sentyabr 2023-cü il tarixdə saat 11:00-da keçiriləcək hərracın elanı

Hərrac auksion formasında keçiriləcəkdir.

Lizbirt mergel yatağı

    Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsirəddin Tusi küçəsi 19 (Naxçıvan Biznes Mərkəzi MMC)
    Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10 faiz miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edə bilərlər (Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42) .
    Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı müraciət ərizəsinə qoşma olaraq  təqdim etməlidirlər:
    1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
    2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini;
    3. “Vergiödəyicisinin vergi borcu barədə” arayış;
    4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
    5. İddiaçının tam adı, hüquqi statusu: hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
    6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
    7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
    Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
    İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri    5 sentyabr 2023-cü il, saat 16:00-a qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
    Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
    Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545-34-85, 050-569-84-69 ) ünvanından  ala bilərlər. 
    Hesab: AZ21NABZ12360100000000005944
    VÖEN 0200003621
     Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi    
    Büdcə təsnifat kodu: 142572
    Büdcə səviyyəsinin kodu: 6

    Xidmət haqqı heç bir halda geri qaytarılmır.
    Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10 faiz miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
 

Nəşr edilib : 09.08.2023 19:34