AZ EN RU

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi yer təkindən istifadə ilə bağlı 14 sentyabr 2023-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı

    Hərrac auksion formasında keçiriləcəkdir.
    Culfa rayonu Əlincəçay çınqıl-qum qarışığı yatağı


Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19. (Naxçıvan Biznes Mərkəzi MMC).
    Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10 faiz miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər. (Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42)
    Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə 
və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı müraciət ərizəsinə qoşma olaraq  təqdim etməlidirlər:
    1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
    2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini;
    3. “Vergiödəyicisinin vergi borcu barədə” arayış;
    4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
    5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN – şəhadətnaməsi və dövlət reyestrindən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
    6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
    7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
    Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
    İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 1 sentyabr 2023-cü il saat 16:00 qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
    Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
    Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri,Cəlil Məmmədquluzadə küçəsi 42
    (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından ala bilərlər.
    Hesab: 
AZ21NABZ12360100000000005944
VÖEN 0200003621
    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi.
    Büdcə təsnifat kodu: 142572
    Büdcə səviyyəsinin kodu: 6
    Xidməthaqqı heç bir halda geri qaytarılmır.
    Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10 faiz miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.


    Azərbaycan Respublikası Naxçıvan Muxtar

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyinə. 
Fiziki şəxs / Hüquqi şəxs  tərəfindən ______

     
VÖEN:
Ünvan:

Ərizə


    Xahiş edirik  hərracda iştirak etmək üçün icazə verəsiniz.

 

İmza:                 Nümünə Həsənov Həsən

Tarix____2023-cü il

Nəşr edilib : 04.08.2023 19:54