AZ EN RU

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq tender və kotirovka sorğusunu elan edir

    Tender və kotirovka 15 lot üzrə keçirilir:
    lot 1 -yaz-yay mövsümü üçün müxtəlif növ əşya əmlaklarının satın alınması
    lot 2 - hərbi ayaqqabıların satın alınması
    lot 3 - dəftərxana ləvazimatlarının alınması 
    lot 4 - ehtiyat hissələri və sürtkü materiallarının alınması
    lot 5 - yuyucu maddələri və təmizlik ləvazimatlarının alınması
    lot 6 - təsərrüfat mallarının alınması
    lot 7 - ərzaq məhsullarının alınması
    lot 8 - dərman və sarğı preparatlarının alınması
    lot 9 - mətbəə məhsullarının alınması
    lot 10 - digər malların alınması
    lot 11 - tikili və avadanlıqların cari təmiri işlərinin satın alınması
    lot 12 - istehlak yönlü müxtəlif xidmətlərin satın alınması
    lot 13 - maşın və avadanlıqların satın alınması
    lot 14 - sair torpaq, tikili və avadanlıqların satın alınması
    lot 15 - abadlaşdırma xidmətlərinin satın alınması
    Tender və kotirovka iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
    Müqaviləni yerinə yetirmək üçün podratçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
    Tender və kotirovkada iştirak etmək istəyənlər 15 lot üzrə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyindən (əlaqələndirici şəxs: Qurbanov Həsən Tahir oğlu, tel: +99450-577-21-11) ala bilərlər.
    Hesab:AZ21NABZ12360100000000005944
    VÖEN 0200312291
    Bank:Mərkəzi Bank Naxçvan MR İdarəsi
    Kod: 502906
    VÖEN:0200087741
    M/H: AZ88NABZ01451700000000012944
    S.W.İ.F.T: NABZAZ2C
    İddiaçılar tender və kotirovkada iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
    1. Tender və kotirovkada iştirak etmək üçün yazılı müraciət
    2. Tender və kotirovkada iştirak haqqının ödənilməsi barədə bank sənədi
    3. Tender və kotirovka təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
    4. Tender və kotirovka təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
    5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
    6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
    7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
    8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
    9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları
    10. Digər sənədlər.
    Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
    Tender və kotirovka proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
    İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender və kotirovka təklifi və bank təminatı istisna olmaqla) 15 fevral 2023-cü il saat 1700-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 fevral 2023-cü il saat 1700-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41-də yerləşən Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidirlər.
    Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
    İddiaçıların təklifləri 24 fevral 2023-cü il tarixdə saat 1100-da açılacaqdır.
    İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender və kotirovka komissiyası

Nəşr edilib : 13.02.2023 19:39