AZ EN RU

Azərbaycan Respublikası Müdafiə Nazirliyi: Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür", - məlumatda qeyd olunub.

Nəşr edilib : 10.06.2024 09:18