AZ EN RU

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bugün 18 yaşını tamamlayan və ilk dəfə səs verən Naxçıvan sakinini təbrik edib

Bugün 18 yaşı tamam olan Naxçıvan şəhər sakini Qurbanova Fatimə Qəzənfər qızı ilk dəfə olaraq səs verib. O, 4 saylı Naxçıvan Seçki dairəsinin 28 saylı seçki məntəqəsində seçici kimi iştirak edib. Ad günü ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası F.Qurbanovanı təbrik edib. Təbrik məktubunu ona 28 saylı seçki məntəqəsinin sədri Cavid Səfərov təqdim edib.

Nəşr edilib : 07.02.2024 11:15