AZ EN RU

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşəbbüsü və Naxçıvan Gənclər Fondunun təşkilati dəstəyilə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş banklararası “Lider” müsabiqəsi

23 oktyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşəbbüsü və Naxçıvan Gənclər Fondunun təşkilati dəstəyilə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə regionda fəaliyyət göstərən banklararası “Lider” müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın pul təsərrüfatı tarixini əsas götürərək pulun tarixinə işıq salmaqla bank əməkdaşlarının bu istiqamətdə biliklərinin artırılmasına, ölkəmizin keçmişdən günümüzə pul tarixinin öyrənilməsinə töhfə verməkdən ibarət olmuşdur.

Müsabiqənin sonunda qalib olan Beynəlxalq Bank ASC-nin Naxçıvan filialının komandasina hədiyyə və diplomlar təqdim edilmişdir.

Nəşr edilib : 25.10.2023 10:39