AZ EN RU

Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialına yeni direktor təyin edilib

Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialına yeni direktor təyin edilib.
"Şərq qapısı" xəbər verir ki, Arzu Qasımov Naxçıvanda Gənclər Fondunun filialının direktoru təyin olunub. Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Arzu Qasımovu bu gün kollektivə təqdim edib.
Qeyd edək ki, fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilmişdi. Elə həmin gün Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının Qərarı ilə fondun Naxçıvan filialı yaradılmışdı.

Nəşr edilib : 05.04.2024 11:46