AZ EN RU

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib

İclasda TKTA-nın “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşmış akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq müvafiq qərar qəbul edilib.

Nəşr edilib : 23.01.2024 16:45