AZ EN RU

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəhbərliyi Naxçıvandakı sərhəd-gömrük buraxılış məntəqələrində olub

     Dünən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasındakı sərhəd-gömrük buraxılış məntəqələrində olub.

    Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi məlumata görə, Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək, Azərbaycanın İranla sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan rəsmilər xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.01.2023 22:56