AZ EN RU

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov Naxçıvan Muxtar Respublikasına gəlib

Ali Məhkəmənin sədri və onu müşayət edən heyət öncə Naxçıvan şəhərində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
İnam Kərimov səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublika Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək. Eyni zamanda, Ali Məhkəmə sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, yerli məhkəmə sədrləri və hakimlərlə də görüşü gözlənilir.
İnam Kərimov həmçinin, Naxçıvanda keçiriləcək "Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar" mövzusunda keçirilən elmi-konfransda da iştirak edəcək.

Nəşr edilib : 06.10.2023 09:20