AZ EN RU

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasına gəlib

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasına gedib.
Komitə sədri əvvəlcə Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub.
Daha sonra B.Muradova Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vətəndaşları qəbul edəcək. Qəbulda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı ərizə, müraciət və təkliflərinə baxılacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.10.2023 09:45