AZ EN RU

Azərbaycan rəsmiləri Çində səfərdədirlər

Mayın 21-dən başlayaraq Çinin Chongqing şəhərində dünyanın 26 ölkəsinin 40 şəhərindən olan nümayəndələrin iştirakı ilə Chongqing Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq Konfransı-2024 keçirilir. Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə təşkil olunan konfrans “Biomüxtəlifliyin Qorunması üzrə Beynəlxalq Dost Şəhərlər Əməkdaşlıq Təşəbbüsü”nə birgə başlamağa və dostluq şəhərlərin əməkdaşlığı vasitəsilə biomüxtəlifliyin qorunması üzrə qlobal səylərə töhfə vermək məqsədi daşıyır. Tədbir dialoqlar, fikir mübadilələri və qarşılıqlı müzakirələr şəklində təşkil edilib.

Konfransa qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev də təmsil olunublar.

Nəşr edilib : 22.05.2024 14:50