AZ EN RU

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş birektoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Məlumata görə, tərəflər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planını müzakirə ediblər.
Görüş zamanı Əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.

Nəşr edilib : 07.06.2024 22:19